HÜLQUMUNU ÜZMƏK
XAHİŞİNİ YERƏ SALMAQ
OBASTAN VİKİ
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər. Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.
A Xaç
Alfa Xaç (α Crucis, qısaldılmış Alfa Cru, α Cru) — Xaç bürcü və Cənub Xaçı olaraq tanınan ulduzlar qrupunun bir hissəsi olub Günəşdən 321 işıq ili məsafədə yerləşir. Xaç bürcünün ən parlaq ulduzunun ulduz ölçüsü 0.76-dır və o gecə səmadakı 13-cü ən parlaq ulduzdur. α 1 {\displaystyle \alpha ^{1}} α Sentavrdan azca cənubda olub cənub göyünün ən parlaq ulduzudur. α Xaç adi gözlə tək bir ulduz kimi görünür ancaq əslində bir neçə ulduzdan ibarət çox ulduzlu bir sistemdir. İki komponent vizual olaraq ayırt edilə bilər: α 1 {\displaystyle \alpha ^{1}} Xaç və α 2 {\displaystyle \alpha ^{2}} Xaç; Alternativ olaraq, "α Xaç A" və " α Xaç B" adlanır. Hər ikisi B tipli ulduzlardır və Günəşdən daha böyük və parlaqdırlar. α 1 {\displaystyle \alpha ^{1}} Xaç özü, α Xaç Aa (bu ulduz Akruks adlanır) və α Xaç Ab ulduzlarından ibarət spektroskopik qoşa sistemdir. Bu iki komponentli ulduz sisteminin periodu 76 gündür və bir birindən bir astronomik vahid (a.v.) məsafə ilə ayrılır. İki komponent, α 1 {\displaystyle \alpha ^{1}} Xaç və α 2 {\displaystyle \alpha ^{2}} Xaç, 4 arcsaniyə ilə ayrılır. α 1 {\displaystyle \alpha ^{1}} -in ulduz ölçüsü 1.40-dır və α 2 {\displaystyle \alpha ^{2}} -nin ulduz ölçüsü 2.09-dür, həm ilkin B tipli ulduzlardır, həm də səth temperaturu təxminən 28.000 və 26.000 K-dir.
Xaç daşları
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Xaç yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Xaç yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
"Dəmir xaç" ordeni
Dəmir xaç ordeni (alm. Eisernes Kreuz‎) — Almaniya ordusunda xidmətdə fərqlənməyə görə verilən mükafat. 10 mart 1813-cü ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsinin şərəfinə təsis edilmişdir. Ordenin eskizi alman memarı və rəssamı Karl Fridrix Şinkel tərəfindən hazırlanmışdır. Ordenin kütləvi şəkildə verilməsi, Napoleon Bonapartla aparılan döyüşlərdən sonra baş vermişdir. 1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra döyüşdə fərqlənən şəxslər Dəmir xaçla təltif olunmuşdular. Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi illərində minlərlə alman zabit və əsgəri bu mükafatla təltif olunmuşdur. Dəmir xaç sonuncu dəfə 31 dekabr 1946-cı ildə verilmişdir.
Alban xaç daşları
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. == Nəzəriyyənin elan edilməsi və qəbulu == 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Ağ xaç kilsəsi
Ağ xaç kilsəsi — Xocavənd rayonunun Çinarlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Zəng qülləsi ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdir. Bəzi Azərbaycandilli ilkin mənbələrdə adı Ağ kilsə kimi qeyd edilib. == Tarixi == Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş üzərindəki kitabədə qeyd edilir: “Mən, Sirak, bu xaçı atam Xutlapın xatirəsinə ucaltdım. 1333-cü ilin yayı.” Narteksin portal timpanındakı kitabədə isə kilsə və ya yalnız narteksin 1735-ci ildə “Surapın oğlu Hovannesin əli ilə” bərpa edildiyi qeyd edilir. == Memarlıq xüsusiyyətləri == Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Narteks ilə birlikdə kilsənin uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir.
Dəmir xaç ordeni
Dəmir xaç ordeni (alm. Eisernes Kreuz‎) — Almaniya ordusunda xidmətdə fərqlənməyə görə verilən mükafat. 10 mart 1813-cü ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən Almaniyanın Napoleondan azad edilməsinin şərəfinə təsis edilmişdir. Ordenin eskizi alman memarı və rəssamı Karl Fridrix Şinkel tərəfindən hazırlanmışdır. Ordenin kütləvi şəkildə verilməsi, Napoleon Bonapartla aparılan döyüşlərdən sonra baş vermişdir. 1870-ci ildə Fransa və Almaniya arasında yaşanan müharibədən sonra döyüşdə fərqlənən şəxslər Dəmir xaçla təltif olunmuşdular. Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi illərində minlərlə alman zabit və əsgəri bu mükafatla təltif olunmuşdur. Dəmir xaç sonuncu dəfə 31 dekabr 1946-cı ildə verilmişdir.
Müqəddəs Xaç monastırı
Müqəddəs Xağ monastırı (ivr. ‏מנזר המצלבה‏‎, gürc. ჯვრის მონასტერი) — Yerusəlimdə Şərqi Pravoslav monastırı. Xaç Vadisində, İsrail Muzeyi və Knessetin aşağısında yerləşir. Rəvayətə görə, monastır Adəmin başının dəfn yerində qurulmuşdur. Ərazinin IV əsrdə Roma imperatoru Böyük Konstantinin göstərişi ilə müqəddəsləşdirildiyi güman edilir. Konstantin eramızın 327-ci ilində səltənətinin xristianlığa çevrilməsindən sonra ərazini Kartli kralı III Miriana verdi. Monastır XI əsrdə gürcü Giorgi-Proxore tərəfindən Kral IV Baqratın hakimiyyəti dövründə inşa edilmişdir. Sultan Baybarsın (1260–1277) dövründə rahiblər monqollar üçün casus olmaqda günahlandırıldıqdan sonra edam edildi. 1305-ci ildə Kral II Andronikos tərəfindən dəstəklənən Sultan Ən-Nasir Məhəmməd ibn Kalavun monastırın geri alınmasına nail oldu.
Tokio Xaç Ataları
Tokyo Godfathers (yap. 東京ゴッドファーザーズ; azərb. Tokio xaç ataları‎) – 2003-cü ildə çəkilmiş tammetrajlı anime. Animenin rejissoru Satoşi Kondur. Tokyo Godfathers — Internet Movie Database saytında.
Xaç atası (roman)
Xaç atası (ing. The Godfather) italyan-amerikan yazıçı Mario Püzonun romanı. İlk dəfə 1969-cu ildə G. T. Putnam's Sons tərəfindən nəşr edilmişdir. Nyu-Yorkda yaşayan və başçısı Don Vito Korlione olan italyan-amerikan mafiya ailəsinin hekayəsini anladır. Roman 1945-ci ildən 1955-ci ilədək olan zamanı əhatə edir. Yazıçı romanda italyan mafiyasına xas consigliere, caporegime, Cosa Nostra və omertà kimi sözcüklərə yer vermişdir.
Xaç atası (film)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Xaç atası 2
Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır. "Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir. Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür.
Xaç atası 3
Xaç atası 3 (ing. The Godfather Part III) — rejissor Frensis Ford Koppolanın 1990-cı ildə çəkdiyi film. Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi. Yeddi nominasyada Oskar mükafatına namizəd olub. "Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi. 1979-cu il.
Xaç atası (kokteyl)
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. == Tarixi == Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Müqəddəs Xaç Kolleci (Vuster)
Müqəddəs Xaç Kolleci (ing. College of the Holy Cross) — Vuster, Massaçusets, ABŞ-də özəl liberal sənətlər Katolik Universiteti. 1843-cü ildə kişilər üçün yezuit kolleci olaraq quruldu. Yeni İngiltərədəki ən qədim Katolik universiteti və ABŞ-dəki ən qədim universitetdir. Yezuit Kollecləri və Universitetləri Birliyinin üzvü. Fillip Boros 2011-ci ildən hal-hazırda kollecin prezidentidir.
Müqəddəs Xaç kapellası (Praqa)
Müqəddəs Xaç kapellası (çex. Kaple svatého Kříže) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin ən sirli və unikal yerlərindən biridir. 1763-cü ildə inşa edilmiş kapella, bir neçə əsrlər boyunca Praqa qəsrinin ikinci həyətində əsas memarlıq tikintisi olaraq qalmışdır. VIII əsrdə, ölkənin Mariya Tereza tərəfindən idarə olunduğu bir zamanlarda Praqa qəsri ciddi dəyişikliyə uğramışdır; buraya yeni memarlıq abidələri əlavə edilmişdir. Müqəddəs Xaç kapellası memar Nikkolo Pakassinin layihəsi əsasında 1758-1763-cü illər arasında A. Luraqo tərəfindən inşa edilmişdir. Kapella olduqca alçaqdır, onun aşağı hissəsi kəsilmiş piramida şəklində, üst hissəsi isə dəbilqəyəbənzər formada yaradılmışdı. XIX əsrdə ilkin kapellanın eksteryerində istifadə olunan orijinal barokko üslubu bir az klassisizmə bənzədilmişdir. E.Maks kilsə üçün müqəddəs Pyotr və Pavelin heykəllərini yaradır, məşhur rəssamlar İ. Navratil və V. Kandler isə kilsə divarlarını müxtəlif Bibliya mövzularına aid rəsm əsərləri ilə bəzəyirlər. Beləliklə, memarlar I Ferdinandın "Praqa qəsrini yenidən qurmaq" arzusunu uğurla yerinə yetirirdilər. Hökmdar 1848-ci ildə könüllü surətdə taxtdan imtina etdikdən sonra burada yaşamışdır.
Uqanda Qırmızı Xaç Cəmiyyəti
Uqanda Qırmızı Xaç Cəmiyyəti (ing. Uganda Red Cross Society) — 1964-cü ildə yaradılmışdır və ilkin olaraq Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir hissəsi idi. Baş qərargahı Kampala şəhərində yerləşir. Uqanda Qırmızı Xaç Cəmiyyəti ölkə ərazisində fəaliyyət göstərən ən böyük yerli humanitar təşkilatdır. 1941-ci ildə Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı olaraq fəaliyyətə başladı. 1964-cü ildə Uqanda Parlamentinin qəbul etdiyi akt əsasında Uqanda Qırmızı Xaç Cəmiyyəti kimi formalaşdı. Bir il sonra 1965-ci ildə cəmiyyət Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin üzvü olaraq qəbul edildi. Cəmiyyət növbəti illər ərzində böyüməyə başladı və hazırda bütün Uqanda ərazisində 51 filialı və 30 yarımfilialı var. Uqanda Qırmızı Xaç Cəmiyyəti həm də missiyanın icrasında bir sıra tərəfdaşlarla birgə fəaliyyət göstərir. Bu təşkilatlara Uqanda hökuməti, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Maliyyə Agentlikləri, korporativ şirkətlər və Qırmızı Xaç Milli Cəmiyyətləri daxildir.
Xaç atası (film, 1972)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Zimbabve Qırmızı Xaç Cəmiyyəti
Zimbabve Qırmızı Xaç Cəmiyyəti 1981-ci ildə Zimbabve Parlamentinin aktı əsasında yaradılmışdır. Qərargahı Harare şəhərində yerləşir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmışdır. Eyni zamanda üç dəfə "Nobel" sülh mükafatı laureatıdır. 1949-cu il Cenevrə konvensiyalarını, onun 1977-ci il (I Protokol, II Protokol) və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişlər. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var. BQXK Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və 192 Milli Cəmiyyətlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.